“Whatsapp”ın “Android” versiyasında messencerin istifadəçinin barmaq izi ilə qorunması funksiyası aşkar edilib. Lakin bu funksiya adi istifadəçilərdən hələlik gizlədilib. Wapxeber , Texnoaze -yə istinadən xəbər verir ki, sözügedən funksiya messencerin “Gizlilik” ayarlar bölməsində aşkar edilib. Bu funksiya aktivləşdiriləndə ayrı-ayrı çatlar deyil, messencerin özü tamamilə bloklanır. Əgər smartfonun barmaq izi skanı texnologiyası hansısa səbəbdən istifadəçinin barmaq izini təyin etmirsə, onda “Whatsapp”ı “Android”in standart blokdan çıxartmaq üsulu ilə (qrafik şifrə, PIN kod və ya adi şifrə) aktivləşdirmək olar. Messencerin “iOS” versiyasında bu funksiya hələ keçən ilin yaz fəslində ortaya çıxmışdı. Lakin “iOS” versiyada da funksiya hələlik test mərhələsində çalışır və yalnız az istifadəçi kütləsi üçün aktiv edilib.
Martın 6-da Bakının Nərimanov rayonunda yataqxanada baş verən yanğın nəticəsində evləri yararsız vəziyyətə düşən məcburi köçkün ailələri kirayə evlərlə təmin olunub. wapxəbər.blogspot.com Sonxeber.az - a istinadən xəbər verir ki, bu barədə report-un sorğusuna cavab olaraq Qaçqınların və Məcburi Köçkünlərin İşləri üzrə Dövlət Komitəsindən məlumat verilib. Bildirilib ki, yanğın baş verən binada müvəqqəti olaraq məskunlaşan 34 məcburi köçkün ailəsi ilə qarşılıqlı razılaşma olub. Razılaşmaya əsasən həmin ailələrə 300 manatdan məbləğində bir aylıq kirayə haqqı verilib. "Əgər, ehtiyac yaranarsa, onların kirayədə qalmasının müddətini uzanarsa, növbəti ayların kirayə haqları da ödəniləcək", - deyə, Dövlət Komitənin cavabında bildirilib. Qeyd edək ki, martın 6-da axşam saatlarında Bakı şəhəri, Nərimanov rayonu ərazisində yerləşən Azərbaycan Dövlət Mədəniyyət və İncəsənət Universitetinin balansında olan, hazırda Ağdam rayon məcburi köçkünlərinin məskunlaşdığı beşmərtəbəli yataqxana b...